BAKI, 13 fevral. TELEQRAF
ABŞ-nin "Goldman Sachs" bankının baş hüquq müşaviri Keti Ryummler Ceffri Epşteynlə əlaqələrinin üzə çıxmasından sonra yayda vəzifəsindən gedəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, Ryummler iyunun 30-da Uoll-Striti tərk edəcək. Qəzetin yazdığına əsasən, o, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı dərc etdiyi sənədlərdən sonra istefa qərarı verib. Sənədlərdə Ryummlerin 2014-2019-cu illərdə maliyyəçi Ceffri Epşteynlə əlaqə saxladığı göstərilib.