BAKI, 13 fevral. TELEQRAF

İranla bağlı heç bir qəti razılaşma əldə olunmasa da, danışıqlar davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump Çərşənbə günü İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra bildirib:

“Heç bir qəti qərar qəbul olunmayıb. Sadəcə mən İranla danışıqların davam etməsini tələb etdim ki, razılaşma əldə edilə bilərmi? Yoxlayacağıq”.