Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 20 saniyədə 3 ardıcıl zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Təkanların 4,1 bal gücündə olduğu, zəlzələnin 6,84 kilometr dərinliyində baş verdiyi açıqlanıb.