BAKI, 27 yanvar. TELEQRAF

Hazırda Ukraynada vəziyyət çox müsbət istiqamətdə inkişaf edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Ukrayna və Rusiya ilə bağlı bəzi çox yaxşı şeyləri izləyirik" - Tramp qeyd edib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında iki günlük üçtərəfli danışıqlar yanvarın 24-də Əbu-Dabidə başa çatdı. Görüşdə "bufer zonalar" və "müxtəlif nəzarət mexanizmləri", eləcə də mümkün sülh sazişinin digər məqamları müzakirə edilib.

.