BAKI, 3 aprel. TELEQRAF

Qırğızıstanda milli peyvənd anbarının tikintisi üçün hazırlıqlara başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qərar səhiyyə sisteminin artan ehtiyacları və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla, ölkə daxilində vaksinlərin təhlükəsiz saxlanması və fasiləsiz təchizatını təmin etmək məqsədilə qəbul edilib.

Tikinti işləri paytaxt Bişkek şəhərində aparılacaq.

Layihə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin standartlarına uyğun həyata keçirilir. Texniki-iqtisadi əsaslandırma və ilkin tikinti smeta sənədləri UNICEF-in texniki dəstəyi ilə hazırlanıb.

Maliyyələşdirmə beynəlxalq tərəfdaşların dəstəyi ilə təmin edilir. Qlobal Peyvənd və İmmunlaşdırma Alyansı (GAVI) tikinti üçün təxminən 1,3 milyon dollar ayırıb.

Yeni anbar müasir temperatur nəzarətli saxlama texnologiyaları, avtomatlaşdırılmış real vaxt rejimində temperatur monitorinq sistemi, ehtiyat enerji təchizatı və rəqəmsal inventar idarəetmə həlləri ilə təchiz olunacaq. Müəssisədə təcili yardım və yoluxucu xəstəliklərin yayılması üçün ehtiyat da daxil olmaqla, strateji peyvənd ehtiyatı saxlanılacaq.