BAKI, 3 aprel. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset Amerikada ordusunda onlarla qaradərili zabit və qadın hərbçinin rütbə yüksəlişinə mane olmağa çalışıb.
Teleqraf xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Mənbələrin fikrincə, bu zabitlər irqlərinə, cinsinə və ya ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası ilə əlaqələrinə görə Pentaqon rəhbərinin diqqətini cəlb etmiş ola bilərlər. Rəsmilər Heqsetin müxtəliflik, bərabərlik və inklüzivlik siyasətini aradan qaldırmaq səylərinin bir hissəsi olaraq bəzi hərbçilərin vəzifə yüksəlişlərinə qəsdən mane olduğunu irəli sürüblər.
Pentaqon bu həftə Bayden administrasiyasında Heqsetin sələfi olmuş Lloyd Ostinin köməkçisi vəzifəsində çalışmış Baş Qərargah rəisi Rendi Corcu vəzifəsindən kənarlaşdırıb. İki rəsmi NBC-yə deyib ki, Corc əvvəllər qadınlar və qaradərililər üçün vəzifə yüksəlişlərinin qarşısını almaq üçün hazırkı Pentaqon rəhbəri ilə görüş tələb etsə də, buna icazə verilməyib.
“The New York Times” bundan əvvəl Pit Heqsetin general rütbəsinə namizəd göstərilən iki qaradərili kişi və iki qadının vəzifə yüksəlişinə mane olduğunu yazmışdı.