BAKI, 3 aprel. TELEQRAF
Cari ilin ilk üç ayında sümük iliyi transplantasiyası üzrə gözləmədə olan xəstələrin sayı 40-a yaxın olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlar arasında daha çox qan xərçəngindən əziyyət çəkən xəstələr üstünlük təşkil edir.
Məlumata görə, sümük iliyi transplantasiyasına ehtiyac duyanlar əsasən uşaqlardır.
Qeyd edilib ki, ümumilikdə transplantasiya üçün gözləmə siyahısında olan xəstələrin sayı 500-ü keçib.