BAKI, 3 aprel. TELEQRAF
Cari ilin ilk üç ayında ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayında artım müşahidə olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu dövrdə orqan bağışlayanların sayı 200 nəfər artaraq ümumi say 1400-ə yaxın olub.