BAKI, 3 aprel. TELEQRAF

Cari ilin ilk 3 ayında icra olunan transplantasiya əməliyyatının sayı açıqlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təxminən 30-a yaxın böyrək üzrə transplantasiya əməliyyatı icra olunub.

10-dan çox qaraciyər üzrə transplantasiya əməliyyatı həyata keçirilib. 10-dan artıq sümük iliyi üzrə transplantasiya əməliyyatı aparılıb. Təxminən 10-a yaxın transplantasiya əməliyyatı isə buynuz qişa üzrə icra olunub.

Qeyd edilib ki, əməliyyatlar əsasən böyüklər üzərində icra olunub.