BAKI, 3 aprel. TELEQRAF

Futbolda mərclə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyənin “Fənərbağça” klubunun oyunçusu Mert Hakan Yandaş ilk dəfə hakim qarşısına çıxarılıb.

Teleqraf xəbər verir ki, İstanbul Çağlayan Ədliyyədində keçirilən iclasda 32 yaşlı oyunçunun sərbəst buraxılmasına qərar verilib.

Kapitana dəstək məqsədilə məhkəmə binasına bir çox tanınmış idmançılar gəlib. Gələnlər arasında “Fənərbağça”nın prezidenti Sadettin Saran, sabiq prezident Ali Koç, mətbuat katibi Ali Gürbüz, baş məşqçi Domeniko Tedesko, futbolçular İsmail Yüksək, Çağlar Söyüncü, Cenk Tosun, Dorgeles Nene, Milan Şkriniar, Levent Mercan, Mərt Müldür, Kerem Aktürkoğlu, Serdar Dursun, İrfancan Kahveci yer alıb.

Qeyd edək ki, Mert Hakan Yandaş ötən il dekabrın 9-da saxlanılmışdı. Ona qarşı irəli sürülən ittihamlar üzrə 4 ildən 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunurdu.