BAKI, 23 yanvar. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirlikləridə keçiriləcək Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda ərazi məsələsinin gündəmə gəlməsi istisna etməyib.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə Davos şəhərindən keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, üçtərəfli görüşdə tərəflərin hər biri öz variantını irəli sürə bilər.
“Üçtərəfli görüşdə bəlkə də hər kəs öz variantını təklif edəcək. Bu, torpaqla bağlı məsələdir və bu sual hələ həll olunmayıb”, - deyə Zelenski vurğulayıb.