BAKI, 22 yanvar. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin yanvarın 22-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşneri qəbul edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya lideri Fələstin Prezidenti Mahmud Abbasla görüşdən sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən operativ müşavirə zamanı bildirib.
Putinin sözlərinə görə, Uitkoff və Kuşner Ukrayna böhranının nizamlanması ilə bağlı dialoqu davam etdirmək məqsədilə Moskvaya səfər ediblər. Rusiya Prezidenti həmçinin ABŞ nümayəndələri ilə Trampın Putini dəvət etdiyi “Sülh Şurası”nda Rusiyanın mümkün iştirakı məsələsinin detallarını müzakirə etməyi planlaşdırdığını qeyd edib.
Bu görüş Rusiya və ABŞ liderləri arasında artıq yeddinci şəxsi təmas olacaq.