BAKI, 22 yanvar. TELEQRAF

Niderlandın baş naziri vəzifəsini icra edən Dik Sxof ABŞ-nin NATO təlimlərinə hazırlıq çərçivəsində Qrenlandiyaya hərbi kontingent göndərən Avropa ölkələrinə qarşı əlavə rüsumlar tətbiq etmək planından imtina etməsini deeskalasiyaya doğru atılmış addım kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

“Biz deeskalasiyaya doğru atılan addımı və 10 faizlik idxal rüsumları məsələsinin gündəmdən çıxarılmasını müsbət qiymətləndiririk”, - deyə Sxof qeyd edib.

Onun sözlərinə görə, bundan sonra ABŞ, Kanada və Avropanın Arktikada təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə NATO çərçivəsində əməkdaşlığı davam etdirməsi vacibdir.