BAKI, 20 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Senatın təsdiqi olmadan Rusiya neftinin alıcılarına 500 faiz tarif tətbiq edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

Davos İqtisadi Forumunda Bessent qeyd edib ki, Maliyyə Nazirliyi Trampın bu səlahiyyətə malik olmasını zəruri hesab etmir.

"O, bunu IEEPA (Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu – red) çərçivəsində edə bilər, Senat ona bu səlahiyyətləri vermək istəyir", - nazir bildirib.