SUMQAYIT, 20 yanvar. TELEQRAF

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktları qeydə alınıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, şəhərin 9-cu mikrorayonunda yaşayan, 2011-ci il təvəllüdlü İsmayıllı Fərid Vüsal oğlu dəm qazından zəhərlənib.

Məlumata görə, zərərçəkən dərhal xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda Uşaq Xəstəxanasında müalicəsi davam etdirilir.

Digər hadisə şəhərin 22-ci məhəlləsində, Yataqxana 2 ünvanında baş verib.
1987-ci il təvəllüdlü Bağırova Şəbnəm Mirbehbud qızı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Onun da vəziyyətinin orta-ağır olduğu bildirilir. Zərərçəkən Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alır.

Faktlarla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.