BAKI, 20 yanvar. TELEQRAF
Böyük Britaniya ABŞ Prezidenti Donald Trapın təşəbbüsü ilə yaradılan Qəzza sektorunun idarə olunmasını üzrə Sülh Şurasında iştirakdan imtina edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, "Sülh Şurası"na 1 milyard dollar ödənilməsi tələbi və şuraya Rusiyanın dəvət olunması Böyük Britaniyanın Baş naziri Kir Starmerin belə bir qərar verməsinə səbəb olub.
Daha öncə Fransanın Baş naziri Emmanuel Makrob "Sülh Şurası"nda iştirakdan imtina edib.