BAKI, 20 yanvar. TELEQRAF
"Mən olmasaydım, NATO mövcudluğuna son qoyacaqdı. Hərbi bloku tarixin zibil qutusuna atılmaqdan xilas etdim".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media səhifəsində yazıb.
Amerika lideri vurğulayıb ki, heç bir şəxs və ya prezident NATO üçün ondan daha çox iş görməyib: "Əgər mən gəlməsəydim, NATO bu gün mövcud olmazdı. Və tarixin zibil qutusunda olardı. Bu, kədərlidir, amma həqiqətdir".
Qeyd edək ki, bu, Donald Trampın bu cür ilk açıqlaması deyil. O, əvvəllər özünü "NATO-nun xilaskarı" adlandırıb.
Öz növbəsində, NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti Donald Tramp hərbi blok üçün düzgün işlər görür və üzvlərini müdafiəyə daha çox pul xərcləməyə təşviq edir.