SUMQAYIT, 20 yanvar.TELEQRAF

Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Məlumata görə, 1957-ci il təvəllüdlü Teyyub Əmirxan oğlu Abışov yolda hərəkətdə olarkən anidən müvazinətini itirərək yıxılıb. Nəticədə onun başı daşa dəyib. Kişi aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.