BAKI, 20 yanvar. TELEQRAF

Moldova hakimiyyəti referendumdan sonra Rumıniya ilə birləşməyi istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixail Popşoi bildirib.

Diplomat qeyd edib ki, Rusiyanın Moldova Respublikasının sərhədlərinə təhlükəli yanaşması hakimiyyət orqanlarının Rumıniya ilə yenidən birləşmə məsələsini nəzərdən keçirməsinə səbəb ola bilər.

Qeyd edək ki, daha öncə Moldova Prezidenti Maya Sandu mümkün referendumda Rumıniya ilə birləşməyə səs verəcəyini bildirib.

Ölkənin keçmiş prezidenti və Sosialistlər Partiyasının lideri İqor Dodon qeyd edib ki, Sandu rumınların onu yeni ölkənin prezidenti kimi qəbul edəcəyinə əmindir.