BAKI, 20 yanvar. TELEQRAF

1980-ci ildən bəri ABŞ müdafiəyə bütün NATO ölkələrindən 22 trilyon dollar çox xərcləyib.

Teleqraf xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Besant Davosda çıxışı zamanı bildirib.

“Düşünürəm ki, NATO ittifaqı çox güclüdür və Prezident Trampın sayəsində bu, heç vaxt bu günkü qədər güclü olmayıb. Prezident Tramp ilk müddətində vəzifəyə başlayanda Avropa ölkələri və Kanada ÜDM-in faizi baxımından geridə qalırdılar. İndi isə geridə qalırlar. Onların yerinə yetirməli olduqları çox şey var ”, - ABŞ maliyyə naziri bildirib.

Besant həmçinin qeyd edib ki, Vaşinqton Avropa İttifaqı ilə çox qarşılıqlı faydalı ticarət razılaşması üzrə danışıqlar prosesindədir.

"Beləliklə, plan ticarət razılaşmasına nail olmaqdır. Əlbəttə ki, prezident danimarkalılar Qrenlandiyadan imtina etmək istəməsələr, 1 fevralda 10 faizlik tarif tətbiq edəcəyini açıqladı və bu, Qrenlandiyaya qoşun göndərən səkkiz ölkəyə aiddir", - deyə o bildirib.