BAKI, 20 yanvar. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubb amerikalı həmkarı Donald Trampı saunaya dəvət edib.

Teleqraf "Washington Post"a istinadən xəbər verir ki, Finlandiya lideri Qrenlandiya məsələsinin həll yolunun saunada tapıla biləcəyinə inandığını deyib.

"Bəzən yavaşlamaq, saunaya getmək, yaxşı buxar vannası qəbul etmək və sonra bir həll yolu tapmaq faydalıdır... "Qolf diplomatiyası"ndan "sauna diplomatiyasına" keçmək lazımdır", - deyə o, jurnalistlərlə söhbətində bildirib.