BAKI, 20 yanvar. TELEQRAF

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 20 Yanvar faciəsi ilə əlaqədar "X" platformasında paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan xalqının müstəqillik mübarizəsinin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin 36-cı ildönümündə, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizi dərin hörmət, ehtiram və qürur hissi ilə anırıq".