20 Yanvar Faciəsinin ildönümü ilə əlaqədar Ankarada yerləşən Cumhuriyet Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
“Azərbaycan xalqının müstəqillik, suverenlik və milli azadlıq uğrunda apardığı mübarizənin tarixində silinməz iz qoymuş 20 Yanvar Faciəsinin ildönümündə, Ankara Keçiören Bələdiyyəsi tərəfindən Azərbaycanla həmrəylik və başsağlığı əlaməti olaraq Ankarada yerləşən Cumhuriyet Qülləsində Azərbaycanın üçrəngli bayrağı əks etdirilib”, – məlumatda bildirilir.