BAKI, 20 yanvar. TELEQRAF

1990-cı il 20 yanvar gecəsi Bakıda baş verən Qara Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizənin simvollarından biridir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" platformasında yazıb.

"Sovet ordusunun dinc sakinlərə qarşı törətdiyi hücum tariximizin ən ağrılı səhifələrindən biri kimi yaddaşlara həkk olunub. Lakin Azərbaycan xalqı həmin qaranlıq gecədə zülmə boyun əyməyəcəyini və istiqlal iradəsindən əsla vaz keçməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Bu gün Qara Yanvarın 36-cı ildönümündə Türkiyə olaraq “iki dövlət, bir millət” anlayışı ilə qardaş Azərbaycanın həm acısını, həm də qürurunu ürəkdən bölüşürük. Qara Yanvarda şəhid olan qardaşlarımızı rəhmətlə, qazilərimizi minnətdarlıqla anırıq" - deyə, B.Duran paylaşımda qeyd edib.