BAKI, 20 yanvar. TELEQRAF
Bu gün Azərbaycan Respublikasının Ümumxalq Hüzn Gününü dərin ehtiramla yad edirik.
Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "X" platformasında qeyd edib.
"Müstəqillik, suverenlik və qardaş Azərbaycanının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi qarşısında dualarımız var. Allah onların ruhlarını şad etsin, məkanları cənnət olsun",- deyə paylaşımda bildirilib.