BAKI, 20 yanvar. TELEQRAF
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen ABŞ Prezidenti Donald Trampa yaltaqlanmağın vaxtının bitdiyini və Avropanın tarif təhdidinə qətiyyətlə cavab verməli olduğunu bildirib .
Teleqraf xəbər verir ki, o, Avropa Birliyini Vaşinqtonun Qrenlandiyaya qoşun göndərən ölkələrə tarif tətbiq edəcəyi təqdirdə ABŞ-yə sərt iqtisadi zərbə endirməyə çağırıb.
Rasmussen bildirib ki, yltaqlıq vaxtı bitdi: "Bu, işə yaramır. Fakt budur ki, Tramp yalnız gücə və qüdrətə hörmət edir. Və birliyə. Avropanın indi nümayiş etdirməli olduğu şey məhz budur".
O, Trampın Qrenlandiyaya iddialarının NATO-nun 1949-cu ildə yarandığı vaxtdan bəri ən böyük problem olduğunu söyləyib.