BAKI, 17 yanvar. TELEQRAF
Pakistanın təhlükəsizlik qüvvələri cənub-qərb Bəlucistan əyalətində iki banka və bir polis bölməsinə hücum edən 12 terrorçunu zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
Bildirilib ki, 15-20 terrorçu Xaran şəhərindəki iki banka və polis bölməsinə hücum edərək bəzi əməkdaşları girov götürüb. Onlar sonradan xüsusi əməliyyatı zamanı təhlükəsiz şəkildə azad ediliblər.
Hücum zamanı banklardan 3,4 milyon Pakistan rupi talan edilib və terrorçular qaçmağa çalışıblar. Hadisədən sonra baş vermiş üç ayrı atışmada 12 terrorçu məhv edilib.