BAKI, 17 mart. TELEQRAF

İsrailin martın 2-dən bəri Livana hücumları nəticəsində ölənlərin sayı 912-yə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Livan hökuməti məlumat yayıb.

"İsrailin hücumları nəticəsində ölənlərin sayı daha 26 nəfər artaraq 912-yə, yaralıların sayının isə 2221-ə çatıb" - məlumatda qeyd olunur.