BAKI, 6 yanvar. TELEQRAF

Parisdə keçirilən “Könüllülər koalisiyası” sammitində Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair razılığ əldə olunub.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət Bəyannaməsini imzalayıblar" - məlumatda qeyd olunur.

Bəyannamə layihəsində ABŞ-ın müəyyən öhdəlikləri əksini tapıb

Sənəddə qeyd olunur ki, Ukraynada atəşkəs rejimi qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sistemi işə salınacaq.

ABŞ-nin rəhbərliyi ilə atəşkəsin monitorinqi aparılacaq, Ukraynaya hərbi yardım davam etdiriləcək, çoxtərəfli beynəlxalq koalisiya yaradılacaq və s.

Atəşkəs dönəmində Rusiyanın hücumu baş verərsə, cavab tədbirlərinin müəyyənləşdirilməsi üçün təcili xüsusi komissiya yaradılacaq.