BAKI, 4 yanvar. TELEQRAF
CNN-nin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Nikolas Maduro Nyu-York ştatında yerləşən Milli Qvardiyanın "Stüart aviabazası"nda təyyarədən endirilən şəxs olub.
Teleqraf xəbər verir ki, məlumatda bildirilir ki, Maduro qandallı vəziyyətdə olub və onu federal agentlər müşayiət ediblər. Təyyarədə Maduronun həyat yoldaşı Siliya Floresində olduğu bildirilir.
02:31
Maduronun olduğu təyyarə Nyu-York ştatına enib.
Teleqraf xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun göyərtəsində olduğu ehtimal edilən təyyarə Nyu-York ştatı ərazisinə eniş edib.
Bu barədə "NBC News" məlumat yayıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin keçid dövrü boyunca Venesuelanın idarəçiliyini üzərinə götürdüyünü açıqlamışdı. O, Latın Amerikası ölkəsinə nəzarət edəcək komandanın artıq formalaşdırıldığını da bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə Venesuela lideri Nikolas Maduronun vəzifəni tərk etməsi ilə bağlı ona dəfələrlə təklif edildiyini bəyan edib.