BAKI, 4 yanvar. TELEQRAF

Venesuelada prezident səlahiyyətləri müvəqqəti olaraq vitse-prezidentə həvalə edilib.

Teleqraf xəbər verir ki, Venesuela hökuməti dövlət başçısının səlahiyyətlərinin icrasını rəsmi olaraq vitse-prezident Delsi Rodrigezə həvalə edib.

Delsi Rodrigez çıxışında bildirib ki, Venesuela heç vaxt heç kimin müstəmləkəsi olmayacaq və ölkə öz suverenliyini qətiyyətlə qoruyacaq.