BAKI, 17 mart. TELEQRAF

Bizon Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab görüşlərinin oyun cədvəli məlumdur.

Teleqraf PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iki gündə baş tutacaq görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

21 aprel (çərşənbə axşamı)

“Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu, 19:00

22 aprel (çərşənbə)

“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 20:00