BAKI, 17 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXVII turun oyun cədvəli müəyyənləşib.

Teleqraf PFL-in rəsmi saytına istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

10 aprel (cümə)

“Karvan-Yevlax” – “Kəpəz”
Yevlax şəhər stadionu, 15:30

11 aprel (şənbə)

“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 15:30

“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 18:00

“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:00

12 aprel (bazar)

“Qəbələ” – “İmişli”
Qəbələ şəhər stadionu, 15:30

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 18:00

Qeyd edək ki, Tovuz şəhər stadionu Peşəkar Futbol Liqası tərəfindən oyundan 10 gün əvvəl təftiş olunacaq. Təftişin nəticələrinə uyğun olaraq “Turan Tovuz” klubunun Tovuz şəhər stadionuna qayıdıb-qayıtmayacağına dair qərar veriləcək.