BAKI, 17 mart. TELEQRAF

Hindistanda altı Ukrayna vətəndaşı və bir ABŞ vətəndaşı silahlıların hazırlanmasında iştirak etmək ittihamı ilə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə ANI informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər Myanmada döyüşçülərin hazırlanması ilə məşğul olmaqda ittiham olunurlar.

Bildirilib ki, şübhəlilər Avropadan böyük həcmdə dron partiyasını da sərhəddən keçiriblər.