BAKI, 17 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun sələflərindən biri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını dəstəklədiyini ona bildirib.

Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, o, ABŞ-nin keçmiş prezidentlərindən biri ilə söhbət edib.

“Keçmiş prezidentlərdən biri ilə danışdım. O dedi: ‘Kaş bunu mən edərdim’. Amma onlar bunu etmədilər. Bunu indi mən edirəm”, - deyə ABŞ lideri bildirib.

Tramp həmin keçmiş dövlət başçısının adını açıqlamaqdan imtina edib. O, bunu həmin şəxsin karyerasına mənfi təsir göstərə biləcəyi ilə izah edib.

“Bu, onun karyerası üçün pis olardı. Hərçənd indi onun artıq karyerası yoxdur”, - deyə Tramp əlavə edib.