BAKI, 17 mart. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün diplomatik həll yoluna ehtiyac olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bunu “Reuters” agentliyinə verdiyi müsahibədə deyib.

Kallasın sözlərinə görə, heç bir ölkə boğazda hərbi əməliyyatlar vasitəsilə vətəndaşlarını təhlükəyə atmağa hazır deyil. O vurğulayıb ki, boğazı açıq saxlamaq üçün diplomatik kanallar tapılmalıdır.

Aİ-nin ali nümayəndəsi boğazın bağlanmasının qlobal ərzaq, enerji və gübrə böhranına səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.