BAKI, 17 mart. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 3 milyon 922.98 min ABŞ dolları dəyərində 72 milyon 208.27 min kilovat-saat elektrik enerjisi ixrac edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən ixrac edilən elektrik enerjisinin dəyəri 76%, həcmi isə 75.6% azalıb.
Azərbaycanın qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 0.68% təşkil edib.