BAKI, 17 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə baş nazir sosial media hesabında məlumat verib.

İclasda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da iştirak edib.

Görüşdə regiondakı mövcud vəziyyət və cari inkişaflar müzakirə olunub.