BAKI, 17 mart. TELEQRAF

ABŞ və ya onun müttəfiqlərinin Hörmüz boğazına daxil olmaq cəhdi regionda gərginliyin artmasına səbəb olacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, ABŞ və müttəfiqlərinin boğaza daxil olması və ya gəmiləri müşayiət etməsi vəziyyəti daha da gərginləşdirə bilər.

“Deyə bilərəm ki, ABŞ və onların müttəfiqlərinin hər hansı daxilolması və ümumiyyətlə hər hansı müşayiət, əlbəttə ki, yalnız gərginliyin səviyyəsini artıracaq. Amma istəsələr, qoy cəhd etsinlər”, - deyə Cəlali bildirib.

O həmçinin vurğulayıb ki, İran Hörmüz boğazını bağlamayıb.

“Boğazdan keçməkdən ehtiyat edən gəmilərin özləridir”, – deyə iranlı diplomat qeyd edib.