BAKI, 17 mart. TELEQRAF

İran hazırkı regional münaqişədə uzun müddət döyüş əməliyyatları aparmağa hazırdır və hazırda diplomatik həll yollarının axtarışına fokuslanmayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərdən biri "Ash-Sharq" telekanalına açıqlamasında bildirib.

“İran lazım olduğu qədər müharibə aparmağa hazırdır. Hazırda Tehran diplomatik həll yoluna fokuslanmayıb”, - deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İranın Vyanadakı səfiri Əsədulla Əşrəq Cəhromi ABŞ Prezidenti Donald Trampın Tehran tərəfindən Vaşinqtona danışıqlar təklif edildiyi barədə bəyanatını təkzib etmişdi.

Bundan başqa, İranın xarici işlər naziri Abbas Əraqçi də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla ABŞ və İsrailin İrana qarşı əməliyyatına başlanıldıqdan sonra əlaqələrin bərpa olunması barədə məlumatları inkar edib.