BAKI, 17 mart. TELEQRAF

İran qüvvələri İsrail ərazisinə növbəti raket salvo zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, yeni raket zərbəsi İsrailin mərkəzi bölgələrinə və Tel-Əviv şəhərinə istiqamətləndirilib.

İranın hücumların yeni dalğasında hansı tip raketlərdən istifadə etdiyi barədə isə hələlik məlumat verilməyib.