BAKI, 17 mart. TELEQRAF

Tankerlər Hörmüz boğazından keçməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ağ Ev yanında Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.

Kevin Hasset qeyd edib ki, yük gəmilərinin boğazdan keçidə başlaması rəsmi Tehranın resurslarının tükənməsinə işarədir. O, mövcud böhranın qısa zamanda yekunlaşacağına dair nikbinliyini ifadə edib:

"Münaqişə bitdikdən bir neçə həftə sonra xammal neft emalı müəssisələrinə çatdıqca qiymətlər yenidən balanslaşacaq. Vaşinqton gübrə tədarükündən tutmuş qərb sahillərinə yanacaq daşınmasına qədər bütün sahələrdə yarana biləcək hər hansı fasiləyə qarşı xüsusi plana malikdir".

K. Hasset administrasiyanın vəziyyəti tam nəzarətdə saxladığını və eskalasiyanın yaxın gələcəkdə dayandırılacağını vurğulayıb.