BAKI, 17 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp müharibələrin azalmasını istədiyini və müharibə tərəfdarı olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Trampın sözlərinə görə, o, müharibələrin olmasını digərlərindən daha az istəyir.

“Mən müharibə istəmirəm. Mən müharibələri hamıdan daha az istəyirəm”, - deyə ABŞ prezidenti bildirib.

O əlavə edib ki, İranın nüvə silahına sahib olmamalı olduğunu düşünənlər ABŞ-nin həyata keçirdiyi əməliyyatı dəstəkləməlidirlər.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-də İranın rəhbərliyinə kimin başçılıq etdiyini dəqiq bilmədiklərini etiraf edib.