BAKI, 30 dekabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının komandanlığı Yəmənin şərqində yerləşən Hədrəmavt əyalətində hərbi əməliyyatın başladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Dövlət Xəbər Agentliyi (SPA) məlumat yayıb.
Bildirilib ki, əməliyyatla əlaqədar mülki əhali Hədrəmavtın inzibati mərkəzi olan Əl-Mukalla şəhərinin liman ərazisini tərk etməyə çağırılıb.
Məlumata görə, hərbi əməliyyatın başlanması qərarı Cənubi Yəmən Keçid Şurasının qüvvələrinin əyalətdə nəzarəti ələ keçirməsi fonunda qəbul edilib.
Xatırladaq ki, daha əvvəl AFP agentliyi 2025-ci ildə Səudiyyə Ərəbistanında edamların sayının rekord həddə çatdığını yazmışdı.