BAKI, 2 aprel. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Pakistan xarici işlər naziri İshaq Darla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri məlumat verib.

“Pakistanın Yaxın Şərqdə (İran) gərginliyin azaldılması istiqamətində səylərini yüksək qiymətləndirdim. Region qarşıdurma meydanına çevrilməməsi barədə razılaşdıq.

İslamabad və Pekin tərəfindən irəli sürülmüş, regional sülh və sabitliyə yönəlmiş birgə beş bəndlik təşəbbüsü, eləcə də dialoq və diplomatik əlaqələrin üstünlüyünü vurğulayan ortaq mövqelərini alqışladım.

Pakistan-Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı fikir mübadiləsi apardıq, gərginliyin azaldılması istiqamətində görülən səyləri qeyd etdik, diplomatik kanallar vasitəsilə dialoqun davam etdirilməsini təşviq edəcəyik”, - Saidov bildirib.