BAKI, 2 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (İMQ) ötən həftəsonu İranda keçirilən hava hücumunda yüksək rütbəli İran generalı Cəmşid Eşaqinin öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

İsrail ordusu Eşaqini "İranın neft qərargah rəisi" adlandırdı.

Qeyd olunur ki, o, İran Silahlı Qüvvələri Baş Qərargahının - nizami ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətini əlaqələndirən hərbi qurumun maliyyə işləri şöbəsinin rəisi vəzifəsini tutub.

İsrail Müdafiə Qüvvələri həmçinin iddia edir ki, bu şöbə İrana əməliyyatları davam etdirməyə və neft gəlirləri hesabına hərbi imkanlarını artırmağa imkan verir.