BAKI, 2 aprel. TELEQRAF
“İranda (Tehranda yerləşir – red.) ən böyük körpü darmadağın edilib, bir daha heç vaxt istifadə olunmayacaq. Daha çoxu olacaq”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İranın artıq gec olmadan razılığa gəlməsinin vaxtıdır, əks halda, onu böyük ölkə edə biləcək şeylərdən heç nə qalmayacaq”, - o, sosial media hesabında yazıb.