BAKI, 2 aprel. TELEQRAF
“İranda müharibə davam etsə, Hörmüz boğazında durum sabit olmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi deyib.
Nazir Hörmüz boğazında keçid məsələsi ilə bağlı yaranan problemin ABŞ və İsrailin İranla müharibəsinin nəticəsi olduğunu və bunun davam etdiyi müddətdə bu su yolunun sabit olmayacağı barədə xəbərdarlıq edib.
Van Yi müharibənin dərhal dayandırılmasına çağırıb.