BAKI, 2 aprel. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian beynəlxalq səhiyyə qurumlarına müraciət edib.
Teleqraf xəbər verir ki, Pezeşkian "X"dəki paylaşımında beynəlxalq səhiyyə qurumlarını ABŞ və İsrailin ölkənin səhiyyə müəssisələrinə hücumlarına səssiz qalmamağa çağırıb.
"ABŞ və İsrailin İrandakı xəstəxana, əczaçılıq şirkətləri və Paster İnstitutuna hücumları anlaşılmazdır. Bir həkim kimi, Ümumdünya Səhiyyə Təşkilatını, Beynəlxalq Qırmızı Xaç Komitəsini, "Sərhədsiz Həkimlər"i və bütün həkimləri bəşəriyyətə qarşı törədilən bu cinayətə reaksiya verməyə çağırıram" - Pezeşkian qeyd edib.