BAKI, 28 dekabr. TELEQRAF
Böyük Britaniya kralı III Çarlz şahzadə Harrinin krallıq ailəsinə qayıtmasını istəyir, lakin bunun üçün ondan Meqan Marklla münasibətlərində daha qətiyyətli mövqe nümayiş etdirməsini tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə "Radar Online" məlumat yayıb.
Məlumata görə, son vaxtlar xərçəng müalicəsində müsbət dinamika əldə olunduğunu bildirən 77 yaşlı monarx xüsusilə kiçik nəvələri ilə (altı yaşlı Arçi və dörd yaşlı Lilibet) ünsiyyətdən məhrum olmasından narahatdır.
Kral hesab edir ki, ailə münasibətlərini bərpa etmək üçün çox vaxtı qalmayıb. O nəinki Uilyam və Keyt Middltonun övladları, həm də bütün nəvələri ilə daha yaxın əlaqə qurmaq istəyir. Eyni zamanda, məlumatlarda bildirilir ki, Meqan Markl ABŞ-də daimi yaşamaq məsələsində qəti mövqeyini qoruyur.
Xatırladaq ki, bir neçə ay əvvəl Çarlz və Harri barışıq yollarını müzakirə etmək üçün qapalı görüş keçirmişdilər. Mənbələrin iddiasına görə, kral düşünür ki, daha böyük təşəbbüs göstərməli olan məhz Sasseks hersoqudur və o, həyat yoldaşını uşaqların Böyük Britaniyaya daha tez-tez gəlməsinə razı salmalıdır.